8 Fevral 2023 17:46
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobillə piyadanı vurmaqda ittiham edilən bloger Səbinə Kətanova məsələyə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Səbina Kətanova İnstaqramda video paylaşaraq günahkar olmadığını bildirib: "Bilib-bilmədən yazırlar ki, piyadanı vurub qaçıb. Oğlan nə vəziyyətdədir... Videoya baxın, mən bu şəxsi vurmuşam, yoxsa özü qəsdən avtomobil tərəfə qaçıb? Bu hadisə 2021-ci il sentyabrın 5-də baş verib. Çox adam danışır ki, vurub qaçıb, nə bilim xəsarət alan necədi... Göydə Allah var".

Qeyd edək ki, bir neçə gün öncə Səbinə Kətanovanın bir müddət öncə qəza törədərək hadisə yerindən qaçdığı bildirilib. Onun “Toyota Prado” markalı avtomobillə Nərimanov rayonu ərazisində yolu keçmək istəyən piyada Faiq Quliyevi (ad şərtidir-red.) vurduğu və hadisəni törətdikdən sonra ərazidən uzaqlaşdığı qeyd edilib. Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər