Dünya ulduzu Ancelina Coli Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələyə görə dəstək olub.
Teleqraf.com xəbər verir ki, Ancelina Coli sosial media hesabında video paylaşaraq maraqlı qeyd yazıb.
"Ürəyim Suriya və Türkiyə xalqı ilə döyünür. Bu anda bir çox ailənin əziyyət çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Bu video suriyalı dostum tərəfindən göndərilib. Onları dəstəkləməyi seçdim. Ümid edirəm ki, başqaları da dəstək vermək barədə düşünəcəklər ki, onlar öz həyat qurtarma işlərinə davam edə bilsinlər".