Türkiyəli müğənni Haluk Levent Hataydan Kahramanmaraşın Pazacık böləsinə gedərkən avtomobil qəzasına düşüb.
Teleqraf.com xəbər verir ki, Haluk Levent Tvitter hesabında səhhətinin yaxşı olduğunu qeyd edib.
"Pazarcık yaxınlarında yolda dəlik var idi. Deyəsən avtomobili bir az sürətli idarə etdik. Üzr istəyərək yazıram, kəmər taxmamışdım və başım iki dəfə tavana dəydi. Əzələlərdə bir az zədələnmə var. Bir saata qədər işimin başına keçəcəm. Həqiqətən yaxşıyam".
Qeyd edək ki, Haluk Levent "Ahbap" yardım dərnəyinin yaradıcısıdır.