26 Dekabr 2014 05:03
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərənin Vusterşir qraflığındakı İvşem şəhərinin sakini Sindi-Qarsiya Lister yeniyetməlik illərində çox incə, zərif qız idi. Lakin o, universitetdə oxumağa başlayandan sonra kökəlmişdi.
Teleqraf.com “Daily Mail”ə istinadən bildirir ki, 31 yaşlı Sindi arıqlamaq qərarına gəlib, pəhriz saxlamağa və bodibildinqlə məşğul olmağa başlayıb. Çəkisi 82 kq olan Sindi idman sayəsində arıqlayaraq 50 kq olub. "Yaşamım dəyişib və buna inanmaq çətindir.
Özümü əla hiss edirəm. İndi məşqçilik karyerasına başlamışam. Arıqlamaq, həyatlarını dəyişmək istəyən insanlara yardım edirəm", - Sindi Qarsiya Lister söyləyib.

Müəllif:

Oxşar xəbərlər