16 Fevral 2023 14:15
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Bəylər Arb televiziyasında yayımlanan "Həmin Zaur" verilişində səhhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Aygün Bəylər xərçəng xəstəliyindən sağaldığını deyib:

“Allah şükür olsun, sağlamlığım yerindədir. Göydə Allah, yerdə xalqımızın duaları sayəsində ayağa qalxdım. Həkimlərin də dediyinə görə xəstəliyimin 90 faizi keçib. İnşallah yaxın zamanlarda tam keçib gedəcək. Allah körpə övladıma görə məni bağışladı. Allahın varlığına şükür. Hər zaman uşaqlığımdan Allahıma dua etmişəm. Yəqin ki, Allah məni çox istəyir, həyatda saxladı. Yoxsa vəziyyət çox çətin idi. Ölüm anı yaxınlaşanda qorxdum ki, tək olmuşam. Övladım o yaşında tək qalmasın. Övladımın 13 yaşı var. Həyatda heç nəyə peşman deyiləm. Amma həyatda gözəl hislərimi, yaşımı, cavanlığımı sənət qurban verdim. Mən musiqi üçün doğulmuşam. İncəsənət qurban tələb edir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər