Türkiyəli məşhur aşpaz Nüsrət Gökçə ölkəsində dəhşətli zəlzələdən zərərçəkənlərə ianə edib.
Teleqraf.com xəbər verir ki, Nüsrət Gökçə sosial media hesabında video paylaşaraq çağırış edib.
"Bütün dünyaya səslənirəm, o gün bu gündür, acımız böyükdür. Birlik və bərabərlik zamanıdır. Türkiyəm üçün "Nüsrət" markası olaraq 25 milyon lirə Türkiyə Daxili İşlər Nazirliyi yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına köçürülüb", - deyə qeyd edib.