22 Fevral 2023 18:55
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 22-də Audiovizual Şura tərəfindən prodüser Tarix Əliyevin aparıcılıq etdiyi “Ümid ilə gəl” proqramına görə yayım zamanı qanunvericiliyin pozulması faktıyla bağlı MTV Azərbaycan televiziyasına xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev məsələ ilə bağlı sosial şəbəkədə bu sözləri qeyd edib:

“Bu mənim uğurumdur. Bu günə qədər apardığım şou xarakterli verilişlərlə heç bir xəbərdalıq almamışdım. Amma bu gün Audiovizual Şura mənim də sosial verilişimi nəzərdən keçirib, irad bildirirsə, bu, gələcəkdə daha da təkmilləməmə səbəb olacaq. Veriliçdə adını çəkdiyim şəxs şəhid qızını oğluna alıb, sonra dünyaya gələn nəvəsi serebral iflic olduğunu biləndən sonra boşatdırıb. Aliment vermir, onu pulsuz qoyur, üstəlik özü də qanunsuz sələmə pul verirsə, mənim üçün o, cinayətkardır”.

Qeyd edək ki, aparıcı Tarix Əliyev ondan şikayət edən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında efirdə belə deyib: “Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də... Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz... kimdi dalında duran?”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər