3 Mart 2023 08:43
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktrisa, musiqiçi və fotoqraf Cena Meloun dünyaca məşhur “Aclıq Oyunları”nın (“The Hunger Games: Mockingjay”) çəkilişləri zamanı cinsi təcavüzə məruz qaldığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Instagram” hesabından yazıb.

38 yaşlı aktrisanın sözlərinə görə, qorxunc hadisə Coanna Meyson rolunu oynadığı filmin ikinci hissəsinin çəkilişləri başa çatdıqdan sonra baş verib.

Meloun paylaşımına şəkil əlavə edib və bildirib ki, fotolar Fransada çəkilib. O, yolda sürücüdən avtomobili saxlamağı və xatirə üçün onun şəklini çəkməsini istəyib:

“Bu zaman birlikdə işlədiyim şəxs tərəfindən təcavüzə məruz qaldım. Ancaq aktrisa ona təcavüz edənin adını açıqlamayıb"

Cenanın dediyinə görə, o vaxtdan hisslərini qaydaya salmaq üçün ciddi səy göstərib, ancaq proses ləng gedib, özünə hələ indilərdə gəlməyə başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər