Türkiyənin məşhur sənətçisi Sibel Can Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Sibel Can Türkiyədə baş verən zəlzələdən danışıb:
"Bu konsertdə fərqli hisslərlə səhnəyə çıxdım. Hər birimiz eyni kədəri paylaşırıq. Bilirsiniz ki, yüz ilin fəlakəti ilə qarşılaşdıq. Gözəl ölkəmiz Türkiyəmizdə çox canlar itirdik. Onların ümidləri, xəyalları vardı. Hələ uşaqlar... İçimiz parça-parça oldu. Bu yaralarımızı birlikdə sağaldacağıq. Sizdən bir xahişim olacaq, zəlzələdə həyatını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad edək".
8 Mart Beynəlxalq Qadınlar günündə səhnəyə çıxan ifaçı onu da deyib ki, bu gecə onun üçün özəldir: "Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür. Qadınlar çox qiymətlidir. Qadın olmaq dünyanın ən gözəl hissidir. Bütün qadınları təbrik edirəm".
Qeyd edək ki, Sibel Can konsertdən əldə etdiyi gəliri AFAD-ın hesabına köçürəcək.