10 Mart 2023 13:54
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.

Estrada ulduzu sosial layihə çərçivəsində uşaqlarla görüşüb: “Elə anlar var ki, sözlə ifadə etmək olmur. Hər dəfə mənə əziz olan mərkəzə gələndə içimdə gözəl duyğular oyanır. Bu dəfə onlarla görüşümün başqa bir səbəbi var.

Martın 16-da Liv Bona Dea xəstəxanasında sosial layihə baş tutacaq. 100 daun sindromlu uşağa “çek ap” hədiyyə olunacaq. Çünki 21 mart Ümumdünya daun sindromlu insanlar günüdür. Sırf uşaqlara diqqət və qayğını cəmiyyətə təqdim etmək üçün belə bir addım atılıb. Bunun üçün də fərqli tarixlərdə mədəniyyət üzvlərinin uşaqlarla görüşü oldu və hər biri ayrı ulduzla foto çəkdirdi ki, ayın 16-sı sərgidə həmin şəkillər də yer alsın”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər