Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən türkiyəli müğənni Mahsun Kırmızıgül ölkəmiz haqda təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül Bakı konsertindən sosial media hesabında paylaşım edərək bu sözləri yazıb:
"Bakıdan zəlzələ bölgəsinə bu gecə bir könül körpüsü qurduq. Azərbaycan xalqına ölkəmizdəki fəlakətə yardım etdiklərinə görə bütün zəlzələ qurbanları adından təşəkkürümü bildirirəm. Bu konsert həyatımın konserti oldu. Heç bir konsertimdə bu qədər ağlamamışdım, ağlatmamışdım. Bakının qəlbi bizimlədir. Bütün çətinlikdə olan insanların yanındayam".