13 Mart 2023 14:48
1 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rəqqasə-aktrisa Oksana Rəsulovanın Naxçıvan Universitetində “Həmsöhbət” layihəsində “Bloqerlik və incəsənət” mövzusunda çıxış etməsi ilə bağlı müzakirələr davam edir.

Məsələ ilə bağlı Naxçıvan Universitetindən Teleqraf.com-a bildirilib ki, Oksana Rəsulova xüsusi qonaq qismində dəvət edilməyib:

"Oksana Rəsulova Naxçıvana gəlmişdi, nə üçün gəldiyini bilmirik. Ona Naxçıvana gəlmişkən bizim də universitetimizə təşrif buyurması təklifini etmişdik".

Oksana Rəsulova isə əməkdaşımızla söhbətində müzakirələrə münasibət bildirməyəcəyini söyləyib.

Qeyd edək ki, Oksana Rəsulova bir neçə gün əvvəl Naxçıvan Universitetinin rektoru Anar Kazımovla görüş olduğunu deyib. O, tələbələrlə saat yarım görüşün maraqlı və faydalı keçdiyini vurğulayıb.




Müəllif: Kəmalə