Məşhur müğənni Rəvan Qarayevin yeni klipi işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, “Gələn gedir” adlı mahnıya çəkilən klipin əsas mövzusu ailə dramıdır.
Klipin rejissoru Ravin Əliyev, operatoru Ülvi Ravinoğlu, prodüseri isə Tərlan Rəhimovdur. Mahnının sözləri Rəmzi Zirvə, musiqisi isə M M-ə məxsusdur.
Klip artıq müğənninin rəsmi “Youtube” kanalında nümayış olunur.