Müğənni Aysun İsmayılova Azad Azərbaycan televiziyasında yayımlanan "ATV şou" verilişində etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova bu il ana olacağını açıqlayıb.
"Bu il sizi sevindirəcəm. Hamı ana olmağımı istəyir və gözləyir. Allahın verdiyi qismətdir. İnşallah. Ana olsam da səhnədən uzaqlaşa bilmərəm. Ana olanda da toy mərasimlərinə gedəcəm", - o qeyd edib.
Eşqin Cəlilov isə həyat yoldaşı haqda "Arada evdə ulduzluq xəstəliyi tutur", - deyərək ifaçı haqda iradını bildirib.