17 Mart 2023 12:39
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva köməkçisi Aytac Bayramzadənin son durumunu açıqlayıb.

Fatimə Fətəliyeva Teleqraf.com-a açıqlamasında onun vəziyyətinin yaxşıya doğru getdiyini bildirib: "Qulağından su axırdı, artıq azalıb, inşallah yaxşı olacaq. Həkimlərin nəzarəti altındadır, bu günün sonunadək səhhətinə tam aydınlıq gələcək. Komaya düşdüyünü yazırlar, amma komada deyil, beynindən travma alıb, həkimlər yatızdırırlar ki, ayılanda beyninə qan sızmasın".

***

Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadənin səhhətində dəyişiklik yoxdur.

Bu haqda Teleqraf.com-a Aytac Bayramzadənin yaxını məlumat verib:

"Vəziyyəti orta ağırdır. Hələ xəstəxananın reanimasiya şöbəsindədir, komadan ayılmayıb".

Qeyd edək ki, Aytac Bayramzadə "Baku Medical Plaza"ya yerləşdirilib. 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks-tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.


Müəllif: Rəqsanə Həsənova