22 Mart 2023 23:14
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan bu gün avtomobil qəzasında həlak olan Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, sənətçi bu xəbərdən kədərləndiyini sosial şəbəkə hesabında yazaraq, mərhumun xanımı Əməkdar artist Dilarə Əliyevaya başsağlığı verib.

“Çox ağır bir xəbər aldıq. Daha bir gözəl insanı itirdik! Oqtay müəllim, siz mənim bütün addımlarımda yanımda oldunuz.

Neçə gəncə dəstək verdiniz! Hər şey üçün çox sağ olun! Ruhunuz şad olsun! Allah rəhmət eləsin! Dilarə xanım, sizə böyük səbr arzu edirəm!”, - deyə Röya fikirlərini ifadə edib.

Qeyd edək ki, bu gün Saray qəsəbəsi ərasizində saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi zamanı "SOY" productionun rəhbəri, prodüser Oqtay Əliyev ürəktutmasından sükan arxasında vəfat edib.


Müəllif: Teleqraf.com