23 Mart 2023 14:11
2 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni və aktrisa Cennifer Lopez istənilən boş anında idmanla məşğul olduğunu, tez-tez gecələr oyanaraq məşq etdiyini deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

53 yaşlı Cennifer Lopez etiraf edib ki, o, səhər tezdən məşqlərə başlayır.

"Mən idmanı əsasən səhərlər -saat 5-də radələrində edirəm. O vaxtlar insanların çoxu yatmış olur. Mən isə özümə meydan oxuyuram!

Sirr deyil ki, fitnes həyatımın çox vacib hissəsidir. İnanıram ki, məşqlə psixi sağlamlıq arasında birbaşa əlaqə var. , - deyə ulduz bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər