Oxşar xəbərlər
Bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Murad Arif İnstaqramda hekayə bölümündə mahnılarını icazəsiz səsləndirənləri sərt şəkildə tənqid edib:
"Popurilərimi icazəsiz, halallıq almadan oğurlayıb oxuyanlar, siz necə həyasız adamlarsınız?! Həm oğurlayırsınız, həm də bunu paylaşıb reklam edirsiniz. Birinizdən Murad Arif haqqında soruşsalar, bəlkə, ağız da büzərsiniz. Ama halal zəhmətimlə, büdcəmdən kəsib yığdığım, günlərlə enerjimi, zövqümü, diqqətimi sərf etdiyim işlərə belə it milçəyi kimi daraşırsınız. Ölün də... Haram olsun”.