Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Günün sədası" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, Aygün Bəylərin səhhətindən danışıb: “Bir az tənbəllik edir. İndi şükür, səhhəti yaxşıdır. Onunla duetlərimiz daha rahat başa gəlirdi, repertuar seçimində də mənə kömək edirdi. Sanki indi bir qolum qırılıb. Özüm yavaş-yavaş davam edirəm. Ramazan bayramından sonra istəyirəm ki, yeni mahnılar yazdırım.
Bacımla bir yerdə yaşamırıq, amma tez-tez görüşürük. Adımın üzərində Aygünün adı olduğu üçün çox qorxuram. Bu, böyük məsuliyyətdir. Sənətkar yanında olanda çətindir.
Valideynlərimin də səs tembrı yaxşı olub. Aygün belə şeylərə çox qısqancdır, bizə icazə vermirdi. İlk dəfə türk mahnısı ifa etdim. Bu sənətə gəlməyimə icazə vermirdi ki, çox çətindir, birdən oxuya bilməzsən. Duetimiz bəyənildikdən sonra rahatlaşdı".