Xalq artisti Zülfiyyə Xanbabayeva ailəsi ilə birlikdə Amerikaya gedib.
Teleqraf.com xəbər verir ki, Zülfiyyə Xanbabayeva İnsatqramda hekayə bölümündə Nyu-Yorkdan həyat yoldaşı Zaur Məmmədov və qızı Dənizin görüntüsünü paylaşaraq “Mənim ürəklərim” şərhini yazıb.
Qeyd edək ki, xalq artisti “Simurq” futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün bir qızı var.