29 Mart 2023 17:02
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəxsi həyatı ilə tez-tez mediada yer alan məşhur müğənni və aktyor Özcan Dəniz Sarıyerdə həyat yoldaşı Samar Dadgar ilə birlikdə yaşadıqları lüks villanın sahibi ilə dalaşıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dənizin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini bağdan çıxarmasını tələb edib. Özcan Dəniz xəbərsiz gəldiyi üçün avtomobilini çəkməyəcəyini deyincə ev sahibi müğənnini silahla hədələyib.

İddiaya görə ev sahibinin “Sən ölməyə layiqsən, mən silahımı gətirəcəm, get sən də silahını götür” təhdidlərinə məruz qalan Dəniz və həyat yoldaşı polisə müraciət edib. O, ifadəsində ölümlə təhdid edildiyini, ailəsinin və özünün təhlükəsiz olmadığını bildirib.


Müəllif: Pərvin Cəfərova