30 Mart 2023 17:06
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.

Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında Mehriban Zəkinin səhhətinin yaxşılaşdığını deyib: "Şükür Allaha səhhəti yaxşılaşır. Hələ xəstəxanadan dəqiq nə zaman evə buraxılacağı bilinmir. Uzun müddət qalmayacaq. Yəqin ki, bir neçə günə evə buraxılacaq".

Qeyd edək ki, Mehriban Zəki Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalında müalicə alır. Onun qolunda və qabırğasında çat var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər