1 Aprel 2023 12:27
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Cavidan Novruz sosial şəbəkədə atası haqqında bu sözləri qeyd edib:

"Ata 40 gün idi ki, susdum. Elə bilirsən bu susqunluğun altında dinc idim, gecələr yatırdım? Səninləyəm! İndi kimə hansısa uğurlarımı göstərib, ən düzgün məsləhət alacam. Kim mənimlə təmənnasız qürur duyacaq? Mən kimə hər hansı şikayətimi edəcəm? İndi mən nə edim? Teatrdakı otağımıza necə daxil olum? Sənin orda məşq geyimlərin, ayaqqabıların, əşyaların! Bilirsən məni necə çətin vəziyyətdə qoydun? Səninləyəm ata! Hə, bir də onu deyim ki, əlim aşağıdır, yenə bu ay mənə kömək edə bilərsən? Həmişəki kimi maaşda qaytaracam götürməsən də. Bilmirəm nə danışıram, amma onu bilirəm ki, içim yanır. Səndən sonra 20 yaş böyüdüm".

Qeyd edək ki, Ramiz Novruz mədə xərçəngindən dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova