Aparıcı İlkin Həsəni "MTV Xəbər"də açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, İlkin Həsəni yenidən televiziya məkanına qayıtmasından danışıb:
"Hər dəfə deyirəm televiziyaya aparıcı kimi qayıdacam, sonra nəsə bir problem çıxır. Keçən dəfə müsahibədə dedim, pandemiya düşdü. Sonra fasilələr oldu, indi də söz verməyə qorxuram. Mənə əvvəlcədən demək düşmür. Sırf özümlə bağlı bir iş var ki, çalışırıq. Bir neçə adlar var, necə bir layihə olacaq ki. Sadəcə hələ ki təsdiqlənməyib. Televiziya verilişidir, onun televiziya və yutub formatı da olacaq. Bəli, İlkin Həsəni orda aparıcı fiqurlardan biri kimi, layihəni idarə edən biri olacaq! İndi populyar, tanınmış olmaq hər bir insana yaraşmır. Elə adamlar var ki, baxıb fikirləşirsən ki, çox heyf ki, bu adam tanınır! Çox heyf ki, bu adam populyar olub. Və məşhur olmaq o demək deyil ki, sən sevilirsən. Bunlar tamam ayrı anlayışlardır. Hazırda əksəriyyət populyardır. Amma populyar olub, sevilmirlər".
İlkin Həsəni qızı ilə münasibətindən də danışıb: "5 ildir ki, qızımla məndə ata-bala sevgisi günbəgün çoxalır. Təbii ki, bir xanım olaraq, kaprizləri var. Mən də bir ata olaraq o kaprizləri nəzərə alıram. Deyilənə görə, mənimlə qızımın bənzərliyi yoxdur, amma bəzi xasiyyətlərimiz oxşayır. Təbii ki, qızım böyüsə də, onun kaprizlərinə dözəcəm. Çalışacam o mühitdə böyüsün ki, o qadağalara ehtiyac olmasın!".
İlkin Həsəni şəxsi həyatı haqqında yayılan xəbərlərə də münasibət bildirib: "Bu haqda danışmağı sevmirəm. Sosial şəbəkədə müəyyən paylaşımlar olur. Hər bir jurnalistin də bir qavrama, qəbuletmə və düşünmə anlayışı var. Kimsə hansısa bir paylaşımı başqa bir tərəfə də yoza bilər. Kimsə də bunu həqiqətən olduğu kimi də qəbul edə bilər. Mən şəxsi həyatım barədə ümumiyyətlə, heç yerdə danışmıram. Nəsə də ciddi bir şey olarsa, açıqlama verərik. Hər şey əladır, gözəldir!".
Qeyd edək ki, yaxın günlərdə ayrılıq xəbərləri ilə gündəmdə olan İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəni yenidən barışıblar.