2 Aprel 2023 02:42
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk ifaçısı Sərdar Ortaç Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Sərdar Ortaç konsert proqramından əldə etdiyi gəliri zəlzələ qurbanlarına ianə edəcəyini deyib: "Konsertdən əldə edilən gəlir zəlzələ bölgəsinə göndəriləcək. Onlara kömək edəcəyik. Allah sizdən razı olsun. Konsertimə xoş gəlmisiniz".

İfaçı ölkəmiz haqqında təəssüratlarını da bölüşüb: "Mən Azərbaycan üçün ölərəm. Əgər soruşsanız ki, Azərbaycan yoxsa İstanbul? Əmin edirəm ki, Azərbaycan deyərəm. Ona görə də Azərbaycana aid yazdığım bir mahnının ifa edəcəm. Mahnı "Nar çiçəyim" adlanır".

Türk məşhur ölkəmizdə yaşamaq arzusunu da dilə gətirib: "Azərbaycana köçəcəm. Mənə dəniz kənarında balaca bir ev alın. Burada balıq tutacam".

Sərdar Ortaç keçmiş həyat yoldaşı Cloedən boşanma səbəbindən də danışıb: "Onunla 8 il evli qaldım, qız sonra getdi. Amma evlilik çox gözəldir. Ona get gəz, əylən, nə edirsən et dedim. Amma sonda başa düşdüm ki, icazə vermək lazım deyil".

İfaçı alqışlarla keçən konsertində bir çox mahnılarını səsləndirib və sonda "Bu qala daşlı qala" Azərbaycan mahnısı ilə konserti bağlayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər