Türkiyəli aktyor Kıvanç Tatlıtuğun "Ailə" serialında tərəf müqabili Serenay Sarıkaya ilə öpüş səhnəsinə görə həyat yoldaşıyla problem yaşadığı iddia olunub.
Teleqraf.com xəbər verir ki, aktyor həyat yoldaşı Başak Dizer Tatlıtuğun ona "Bir daha olarsa, boşanaram" dediyi barədə iddiaya münasibət bildirib.
"Evdə də, çəkiliş meydançasında da əhvalımız yerindədir. Hər layihədə təkrarlanan bu uydurma xəbərə əhəmiyyət belə vermirik", - Kıvanç Tatlıtuğ qeyd edib.
Qeyd edək ki, cütlüyün bir övladı var.