Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Yusif İnstaqramda paylaşım edərək "TikTok" platformasında adından dələduzluq edildiyini vurğulayıb:
"Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və danışacağam".
Qeyd edək ki, Rəşad Dağlı qonşusu İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib.