Karl Lagerfeld Chanel-in yeni reklamı üçün sevimlisi Kara Delevini deyil, braziliyalı Jizeli seçib.
Teleqraf.com xəbər verir ki, Chanel moda evinin yeni yaz-yay 2015 reklam kampaniyasının siması dünyanın ən çox qazanan modeli Jizel Bündhen olub. Çəkilişin müəllifi Karl Lagerfeld modellə Paris küçələrində dolaşaraq, brendin ruhunu tam əks etdirməyə çalışıb. Reklam kampaniyasının stilisti Karin Roytfelddir.
Rüstəm