17 Aprel 2023 14:48
5 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahanın böyük bacısı Lalə Seyidcahan “Maqazin Plus” verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Lalə Seyidcahan 8 ildir bacısı ilə küsülü olduğunu etiraf edib: “Gözlərimin içinə baxıb desin ki, bu nə oyundur! Oyunu saxlasın. Bəsdir yetər. Axı, biz hər şeyi onun üçün etdik. Bacılarım Rasimə, Mehriban xaricdən gələndə onun üçün paltarlar gətirirdilər. Biz Elza Seyidcahanın başını yenə uca tuturuq.

Mən sənə heç nə etməmişəm, həmişə qulun olmuşam. Səni geyindirmişəm, bəzəmişəm, pul istməmişəm, amma sən yoxsan. Ondan bunun hesabını soruşacam.

Həyatda qəlb qırmaq çox pisdir. Ölsək də, can versək də, nə vaxtsa bir-birimizi çağıracağıq, onda ona deyəcəyəm, üz-üzə oturacağam.

Sözünə baxdığı adamlar var, onlar da cavabsız qalmayacaq. Elza nəslimizi geriyə saldı. Ondan çox şey gözləyirdik. Elza nəinki bacılarını, hətta bizim övladlarımızı da psixiloji baxımdan pis vəziyyətə saldı. Açıqlama versin, mənə yox, bütün nəslimizə. Özü də bərbad geyinir və qocalıb.

Bizlərə salam da vermir, rəfiqələri qoymur. Ona yaxşı ev, avtomobil aldırırlar, xaricə köçürlər, bizim pullarımızla... Onu Elza tək qazanmayıb. Pulu dörd bacı birlikdə qazanmışıq”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər