Əməkdar artist Elza Seyidcahan "Elgizlə izlə" verilişində bacısı Lalə Seyidcahanın ünvanına dediyi sözlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan bacısı haqda bu sözləri deyib:
"Həmişə demişəm ki, istedadlıyamsa, üç bacım var, onlar məndən də istedadlıdırlar. Müxtəlif dilləri var, iki ali təhsilləri var. Bayram günü bu haqda danışmaq istəmərəm. Həmişə deyirəm ki, anam mənə təhsil verməsəydi, qaynanam ailəmi dağıtmasaydı, bu gün Elza Seyidcahan olmazdım. Anam yeməyib-içməyib, mənə, bacılarıma verib. Amma heç kimə ixtiyar vermirəm ki, "Elzanı yalnız mən doğmamışam" desin. Anam elə insan deyil ki, dünyaya gətirsin və kiməsə həvalə etsin. Bacım Lalə də hömrətli şəxsiyyətdir. Onun da uşaqları, tələbələri var. Uzun illər Xəzər Universitetində müəllim işləyib. Bu məsələyə nöqtə qoyulmasını istəyirəm. Mənim necə olduğumu görmüsünüz. Onların xoşbəxt olması üçün dua edirəm".
Lalə Seyidcahan isə telefon vasitəsiylə canlı yayıma bağlanaraq "Elza məni sevsin. Niyə onu sevməyim, atamın, anamın qızıdır. Ona qarşı heç vaxt səhv etməmişəm. O, bizi unudub. Hətta elə bilirdim ki, o, bu dünyada yoxdur. Siz ondan soruşun görün rəfiqələri icazə verir mənə "salam" verməyə? O, bizimlə barışırmı?",-deyib.
Elza Seyidcahan isə bacısına "Həyatımla, bu hadisələrlə barışmışam", - deyə cavab verib.