Türkiyəli məşhur aktrisa Yıldız Çağrı Atiksoy və həyat yoldaşı, aktyor Berk Oktayın başına xoşagəlməz hadisə gəlib.
Teleqraf.com xəbər verir ki, Ramazan bayramında istirahət üçün məkan seçən cütlük kirayə haqqının yarısı olan 6 min lirəni əvvəlcədən bank hesabına köçürüblər.
Ünvana gedən zaman məkanda heç kimin olmadığını görən ikili onlara qarşı dələduzluq edildiyini anlayıblar.
Cütlüyün hüquq-mühafizə orqanlarına şikayət etdiyi bildirilir.