22 Aprel 2023 22:47
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üz ifadələrimi itirmək istəmirəm. Düşünürəm ki, bu sektorda qırışlarımla qalacam”.

Teleqraf.com bunu türk aktrisa Gizem Karaca Türkiyə mətbuatına verdiyi müsahibəsində deyib.

"İndi bütün qızlar indi bir-birinə bənzəməyə başlayırlar, xüsusən filtrlərlə...Mən də bəzən sosial şəbəkədə filtrlərdən istifadə edirəm, amma o gözlərinizi və burnunuzu fərqli edir. Və bu əslində sən deyilsən. Bəzilərinin hətta filtrlərə uyğun estetik əməliyyat etdirdiyini görürük. Mənə görə estetik gərəkli deyil”.

Aktrisa sosial şəbəkələrdə təzyiqlərə məruz qaldığını deyib:

“Sosial şəbəkələrdən istifadə edirəm, amma onun həyatıma çox mane olmasına imkan vermirəm. Məni çox təhqir etdilər. Xüsusilə bir layihəyə başladığınız zaman tərəf müqabiliniz digər bir layihədə başqa bir partnyorla çox sevilirsə, o zaman sizə hücumların sayı artır: zorakılığa məruz qalırsınız”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər