Türkiyənin məşhur müğənnisi Mabel Matiz Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, "Antidepresan" mahnısı ilə məşhurlaşan Mabel Matiz Bakı haqqında təəssüratlarını bölüşüb: "Bakıda olmaq çox gözəldir. İlk dəfə Bakıda konsert verəndə tamaşaçılarım xoş zaman keçirmişdi və çox əylənmişdilər. Ümid edirəm ki, bu gün də çox gözəl gecə olacaq və hər kəs əylənəcək".
Mabel Matizin konsert təşkilatçısı "Event Office" şirkətidir.