2016-cı ilin Xorvatiya gözəli İvana Knoll Bakıdan paylaşım edib.
Teleqraf.com xəbər verir ki, İvana Knoll İnstaqramda İçərişəhərdən məkanların birindən video paylaşaraq "İlk dəfə qutab yeyirəm", - deyə vurğulayıb.
Qeyd edək ki, İvana Knoll 28-30 aprel tarixlərində Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran Prisini izləmək üçün ölkəmizə gəlib.