Populyar aktrisa Qvinet Peltrou Harper's Bazaar jurnalının fevral buraxılışının üz qabığında görünüb.
Teleqraf.com xəbər verir ki, cazibədar bədən quruluşunu bir daha nümayiş etdirən Peltrou ilk dəfə olaraq, ayrıldığı həyat yoldaşı, musiqiçi Kris Martinlə münasibətləri barədə də danışıb: "Hər ikimiz səhvlər etdik. Yaxşı günlərimiz də oldu, pis günlərimiz də... Mən fəxr edirəm ki, bütün çətinlikləri birlikdə aşdıq və bir-birimizi nədəsə ittiham etmədik. Elə məqamlar olur ki, düşünürəm, gərək uşaqlarımıza görə nikahımızı qoruyub saxlayardıq. Ancaq indi biz yaxın dostuq və əvvəllər olduğu kimi səmimi münasibətimiz var".
Qeyd edək ki, 2003-cü ildən evli olan Peltrou və Martin cütlüyü 2014-cü ildə rəsmi şəkildə boşandı. Onların 2 övladı var.
Rüstəm