3 Yanvar 2015 20:03
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni İbrahim Tatlısəs, qarşıdakı seçkilərdə Şanlıurfa millət vəkili namizədi olacağını bildirib.

2011-ci ildə deputat olmaq üçün işə başlayan İbrahim Tatlısəs məruz qaldığı silahlı hücum sonrası namizədlikdən imtina etmiş və uzun müddət müalicə olunmuşdu.

Deputatlıq üçün bu dəfə qərarlı olduğunu qeyd edən məşhur müğənni twitter bunları yazıb:

“Bu dövrdə artıq kimsə məni prokurorluqdan narahat etməyəcək. Yox, deyirəm. Çünki bu dəfə qızım Əlif Ada üçün istəyirəm. Həmvətənlərimin yanımda olduğunu bilirəm. Amerikadan qayıtdıqdan sonra, inşallah, fəaliyyətimə başlayacağam. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur. Hörmətlə, yeni vəkil namizədiniz. Şanlıurfa, İbrahim Tatlısəs”.

Qeyd edək ki, İbrahim Tatlısəsin Ayşegül Yıldızla evliliyindən Əlif Ada adında bir qızı var.

İLHAMƏ


Müəllif: