11 May 2023 16:02
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızım mənim fikirlərimi dinləyir. Hərdən deyir ki, bunu belə etməyək. İki fərqli fikir yaranır, amma yenə də mən dediyim sözə gəlir".

Bu sözləri Teleqraf.com-a müğənni Səmra Rəhimlinin anası İlahə Baxşəliyeva qızından danışarkən deyib.

O, "Qızınızla konfilikt yaşamısınızmı?" sualına "Qızımla iş prosesində münasibətimiz başqadır. Bilir ki, işə gələndə artıq ana deyiləm", - deyə cavab verib.

İlahə Baxşəliyeva qızına qadağa qoymadığını deyib: "Övladımın tərbiyəsinin əsasını elə qoymuşam ki, qadağaya ehtiyacı olmur. Bu günə qədər ona heç bir məhdudiyyət qoymamışam. Təbii ki, uşaq yaşında tərbiyə edəndə deyirik ki, bu olmaz. Hamıda olduğu kimi... Səmranın həyatda böyük səhvə yol verməsi ehtimalı yoxdur".

Səmra Rəhimlinin anası qızı ilə bağlı arzusunu dilə gətirib: "Qızımı Amerikada dünya səviyyəli "ulduz" görmək istəyirəm. Hər şey qismətlə balığdır".

İlahə Baxşəliyeva anası qızının ailə qurması məsələsinə də diqqət çəkib: "Vaxtı gələndə və özünü hazır hiss edəndə ailə qurmaq qərarına yox deməyəcəm. Amma əvvəlcə karyera...."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər