Məşhur aparıcı Xoşqədəm Hidayətqızı və Doğuş məkanların birində əkizləri Arda ilə Arının doğum gününü qeyd ediblər.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətıqızı və Doğuş əkizləri ilə zala Azərbaycan və Türkiyə bayraqları ilə “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında daxil olublar.
Gecədə əməkdar artist Eldəniz Məmmədov, müğənnilər Manaf Ağayev, Zenfira İbrahimova, aparıcı Alidə Mustafayeva və bir çox şəxslər iştirak ediblər.
Qeyd edək ki, Arda və Arının 7 yaşı tamam olub.