15 May 2023 18:48
2 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yəqin ki, bu il ölkəmizi "Avroviziya 2023" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edən Tural və Turan Bağmanov qardaşlarının ifası və tərzi Avropanın tələblərinə uyğun olmayıb. Başqa iştirakçıların çıxışları, geyimləri bizim təmsilçilərimizdən daha üstün tutulub. Nəticə etibarilə bizim komandanın düşdüyü sıra belə oldu. Builki təmsilçilərimiz hələ gəncdirlər. İnşallah, gələcəkdə bu tip yarışmalara qatılarlar. Hələ uğurları qabaqdadır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında "Avroviziya 2023” Beynəlxalq Mahnı müsabiqəsinin milli münsiflər heyətinin üzvlərindən biri olan, xalq aristi Gülyaz Məmmədova ölkəmizi yarışmada təmsil edən Tural və Turan Bağmanov qardaşlarının final mərhələsinə keçə bilməməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, münsiflər heyətinin üzvləri əllərindən gələni edib: "Sadəcə əvvəl dediyim kimi "Avroviziya" zövq müsabiqəsidir və bu layihədə dünyanın bir cox ölkələri iştirak edir. İldən-ilə musiqi zövqü fərqli olur, nəticəni öncədən bilmək mümkün deyil. Əsas odur ki, Azərbaycan müsabiqədə bir daha bayrağını dalğalandırdı və adı dünya arenasında çəkildi. Dövlətimizin adının belə bir arenada cəkilməsi bizim üçün böyük qürurdur".

Qeyd edək ki, "Avroviziya 2023" yarışmasının münsiflər heyətində bəstəkar, pianoçu Anar Yusifov, xalq artisti Təranə Muradova, xalq artisti Gülyaz Məmmədova, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, “Nero” rəqs mərkəzinin rəhbəri Emin Useynov yer alıb.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər