Türkiyəli müğənni Hadisə iş adamını olan sevgilisi Hakan Başdan ayrılmaq qərarı verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının bu addımının səbəbi Hakanın davamlı olaraq onunla median qarşısında olmaq istəməsidir. Hakanla cəmi 4 dəfə görüşməsinə baxmayaraq, onlar hər dəfə paparassilərin hədəfinə tuş gəlib.
Eşq həyatıyla gündəmə gəlmək istəməyən Hadisənin yaxınlarına "Hakan mənə görə deyil. Davamlı medianın qarşısında olmaq istəyir. Mənim şəxsi həyatımdan əvvəl sənətçi şəxsiyyətim də var. Bu vəziyyət mənə uyğun deyil" söylədiyi iddia olunur.
Hadisə iş adamına “yalnız dost ola bilərik” söyləyib.
Qeyd edək ki, Hakan yeni ili dostları ilə birlikdə xaricdə qarşılayarkən, Hadisə Azərbaycanda olub.
Rüstəm