Türkiyədə yaşayan müğənni İradə İbrahimova Arb televiziyasında yayımlanan "Sözbaz" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, İradə İbrahimova şou-biznesdən getməsindən danışıb:
"Heç vaxt unudulmaqdan qorxmamışam. Elə bir qorxum olsaydı meydanı boş qoymazdım. Bunu "özümdənrazı idim və onsuz da unudulmazdım" fikri ilə demirəm. Mən heç vaxt yerimi əlimdən verərəm qorxusu yaşamamışam. Çünki ana olmaq, ailəyə sahib olmaq, bir xanım olmaq məsuliyyəti və ağırlığı tərəzidə ağır gəldi ki, düşünməyə vaxt da qalmadı. Öncəliyim ailəm olub. Amma haqsızlıq da etmək istəmirəm. Bu pilləyə gəlmək üçün çox fədəkarlıqlar etmişəm".
İradə İbrahimova Türkiyə şou-biznesinə qatılmamasının səbəbini də açıqlayıb: "Bizim üçün önəmli olan odur ki, Azərbaycan musiqisini dinləyirlərmi? Mən ona baxıram. Hər hansı müğənninin Türkiyədə iş görməsi asan olur. Mətbəxin içini bilirəm. Mən də oradakılardan nəsibimi almışam. Sağ olsunlar, üzülüb bir kənara çəkilmişəm. Bu asan deyil. Orada stress daha çoxdu".
İfaçı həyat yoldaşı Ceyhun İzerdən də danışıb: "Allah həyat yoldaşımdan razı olsun. O, heç vaxt "mən niyə ailə qurdum" kəlməsinin düşüncəsini belə yaşatmayıb. Çox xoşbəxt və şanslı bir insanam. Deyirəm, nə yaxşılıq etmişəm ki, Allah önümə belə gözəl insanları çıxarıb".
Qeyd edək ki, İradə İbrahimova ilə Ceyhun İzer cütlüyünün iki övladı var.