Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com-un xəbərinə görə, Yusif İnstaqramda hekayə bölümündə qeyd edib ki, atasının həbsdən buraxılması haqda şayiə yayılıb:
"Yalan şayiələrə inanmayın, atamı buraxmayıblar. Allah atamın orada olması səbəbkarlarına min lənət eləsin".
Qeyd edək ki, Rəşad Dağlı qonşusu İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib.