24 May 2023 20:07
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxana ustadı və qəzəlxan Mahir Cürət aparıcı Ülvira Qarayevanın "Astar" yutub kanalında yayımlanan verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Mahir Cürət zərərli vərdişindən danışıb: "Şükür Allaha səhhətim yaxşıdır. 51 yaşım var, az deyil. Heç vaxt heç nəyi gizlətməmişəm. Hamı da bunu bilir. Dostlarımın köməyi ilə maşallah yaxşıyam. Müalicə oldum, ayağım da yaxşıdır. Müayinəm davam edir, yaradıcılğımla məşğul oluram. O da bir işdir. Həyatımdan keçdi, getdi. Bu demək deyil ki, həyatımı məhv edəm. Bir oyundur, düşmüşdüm. Bilmirdim ki, bu asılılıq yaradır".

Qəzəlxan Rəşad Dağlı haqqında da danışıb: "Rəşad istedadlı oğlandır. Bədahətən söz deyən şairdir. Allah işinə fərəc versin. Özü də təsdiq edər ki, Rəşad qəzəl şairi deyil, qəzəlxan deyil. Sırf bədahətən söz deyən şairdir. Bədahətən yüksək yerlərdədir. Qəzəl şairi azdır".

Qeyd edək ki, Mahir Cürət bir müddət əvvəl M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilmişdi. Ayaqlarında yaralar əmələ gəlmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər