29 May 2023 19:39
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elxan Qasımov xəstəxanada dünyasını dəyişib.

Bu haqda Teleqraf.com-a açıqlamasında əməkdar artistin qızı Kəmalə Qasımova deyib: "Atam xəstəxanada bir neçə dəqiqə əvvəl dünyasını dəyişdi. Onun həyatını xilas etmək mümkün olmadı".

Kəmalə Qasımova atasının sabah qardaşının dəfn olduğu Xırdalan qəbiristanlığında torpağa tapşırılacağını deyib.

Qeyd edək ki, Elxan Qasımov bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Müəllif: Rəqsanə Həsənova