6 Yanvar 2015 11:03
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Ebru Gündəşin və həyat yoldaşı, iş adamı Rza Zərrabın vəkili ötən gün mətbuatda onların boşanması haqda yayılan xəbərlərlə bağlı açıqlama verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında bildirib ki, bu xəbərlər evliliyə hörməti olmayan bir dünyagörüşünün məhsulu və müvəkkillərinə vurulan ağır mənəvi zərbədir: “Evlilik müqəddəsdir və hörmət tələb edir. Cütlüyün xoşbəxtliyinə kölgə salmağı hədəfləyən bu və buna bənzər hücumların qarşısını almaq üçün hər bir qanuni haqqımızdan istifadə edəcəyik".

Qeyd edək ki, ötən gün "Söyləməzsəm olmaz" verilişində cütlüyün boşanacağı haqqında yazılan məqalə müzakirə olunub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər