30 May 2023 12:56
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elxan Qasımov Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında dəfn edilib.

Teleqraf.com xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, eləcə də xalq artistləri Fəxrəddin Manafov, Rasim Balayev və bir çox incəsənət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M. A. Əliyev adına Azərbyacan Dövlət İncəsənət İnstitutunun aktyorluq (1962–966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb.

"Əhməd haradadır" filmindən "Sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.

Bundan başqa, o, "Axırıncı aşırım", "İnsan məskən salır", "İstintaq", "Nəsimi", "Nizami Gəncəvi" kimi filmlərdə də rol alıb.

18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər