Aktyor İbrahim Çingiz sosial şəbəkədə Səməd Vurğun adına Akademik Rus Dram Teatrının heyətini aparan avtobusun Şəkidə qəzaya düşməsi haqqında görüntü paylaşıb.
Teatrın mətbuat katibi İlham Məmmədov Teleqraf.com-a açıqlamasında avtobusun şüşələrinin sınan zaman boş olduğunu bildirib:
"Teatr heyəti hazırda Şəkidədir. Avtobusun şüşələri sınan zaman içində heç kim olmayıb. Boş idi, aktyorlar səhnədəydilər. Heç bir problem yoxdur. Qəza baş verməyib. Sadəcə avtobus dönəndə ağacın budaqları şüşələri sındırdı. Avtobusun şüşələri dəyişdirilib".