31 May 2023 13:56
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli aktyor Al Paçino və onun gənc sevgilisi Nur Əlfallah övladlarının dünyaya gəlişini gözləyirlər.

Teleqraf.com “People” nəşrinə istinadən xəbər verir ki, 83 yaşlı sənətçi üçün bu, dördüncü varis olacaq.

29 yaşlı Nur Əlfallah hazırda səkkiz aylıq hamilədir.

Al Paçino ilə Nur 2022-ci ilin aprelindən görüşürlər.

Aktyorun keçmiş nişanlısı, məşqçi Cen Tarrantdan 33 yaşlı Culie Marie adlı qızı, 1997-2003-cü illərdə birlikdə olduğu Beverli Danjelodan isə 22 yaşlı Anton və Olivia adlı əkizləri də var.


Müəllif: Pərvin Cəfərova