Xalq artisti Brilliant Dadaşova ATV-də yayımlanan “El canlı” verilişində şəxsi həyatından söz açıb.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova həyat yoldaşı, Səməd Vurğun adına Akademik Rus Dram teatrının direktoru Ədalət Hacıyevlə tanış olmasından danışıb:
"Biz evlənəndə həyat yoldaşım Ədalət Hacıyev Mərkəzi Komitədə çalışırdı. Səhərdən axşama kimi işdə olurdu. 1988-ci ildə Ədalətlə evlənəndə artıq sənətdə idim. O illərdə insitututda oxuyurdum. 1985-ci ildə “Bir daha yaşayırıq” mahnısını oxumuşdum və məni artıq hamı tanıyırdı. Həyat yoldaşımla da 1985-ci ildə tanış olmuşuq.
Demək olar ki, bütün çəkilişlərə birlikdə gedirdik. Amma o, səhnə arxasında qalırdı. Rejissorları, aparıcıları tanıyırdı. Ona sual verirdilər ki, “həyat yoldaşın səhnə insanıdır. Necə olacaq sizin bu münasibətləriniz?” Ədalətdə cavab verirdi ki, “həkim olsaydı, növbədə onunla otura bilməyəcəkdim. Yaxşı ki, sənət insanıdır. Yanında rahat gedə bilirəm”. Ədalət hər zaman səhnə arxasında qalıb. O, ağır insandır”.
Brilliant Dadaşova Ədalət Hacıyevi başqa qızla gördüyü üçün intihara cəhd etdiyini də etiraf edib:
“Hətta vaxt var idi, Ədalətə görə özümü öldürmək istədim. İnstitutda oxuduğum zaman rəfiqəm Zülfiyyə Xanbabayeva mənə dedi ki, özünü qanla öldürmə, sənə bir dərman verəcəm, onu içib öləcəksən. Mənə dörd ədəd qara dərman verdilər. Düşündüm ki, dərmanlar qara rəngdədirsə, 100 faiz adamı öldürür. Getdim, oturdum avtomobildə fikirləşdim ki, özümü burada öldürüm. Evdə etsəm nənəm qorxar.
Bu dərmanları içdim amma gördüm ki, ölmürəm. Bir-iki saatdan sonra gedib, soruşdum ki, “bu nə dərmandır mənə vermisiniz, içdim, ölmədim”. Cavabda söylədilər ki, həzm prosesini yaxşılaşdırmaq üçün dərman olub. Ədaləti bir qızla görmüşdüm və demişdim ki, bitdi, özümü öldürəcəm. O da mənə gülüb demişdi ki, “sən dəlisən, o, qonşumuzun qızıdır. Məndən xahiş etmişdilər ki, onu aparım". Onları birlikdə avtomobildə görmüşdüm”.
Qeyd edək ki, cütlüyün Cahad adlı bir oğlan övladı var.