2 İyun 2023 14:30
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktrisa Ceyda Düvenci həyat yoldaşı Bülent Şakrakdan boşanmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, terapiyaya gedən cütlük ailəni xilas edə, boşanma qərarından daşına bilməyiblər.

Okan Ali adlı oğlu olan cütlük səkkiz il evli olub.

Qeyd edək ki, bu ayrılıq aktrisanın üçüncü boşanması olacaq.

Ceyda Düvenci 2000-ci ildə aktyor Kaan Girginlə evlənib və 2002-ci ildə ayrılıb. Daha sonra o, 2008-ci ildə iş adamı Engin Akgün ilə ailə qurub. Aktrisanın bu nikahından bir qızı var. Cütlük 2013-cü ildə ikinci evliliyinə də son qoyub.

Aktrisanın sonuncu evliliyi 2015-ci ildə aktyor Bülent Şakrakla olub.


Müəllif: Rəqsanə Həsənova